KTMT Suriyada baş verənlərdən sonra öz potensialını artırmalıdır - RƏSMİ

12:39 09.12.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Yaxın Şərq regionu getdikcə sarsılır və mövcud böhranlar fonunda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı öz potensialını artırmalıdır.

Bunu Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev “Müttəfiqlər KTMT” nəşrinə müsahibəsində söyləyib.

Onun sözlərinə görə, təşkilat öz məsuliyyət sahəsində mövcud və mümkün çağırışlarla üzləşməyə hazır olmalıdır.

“KTMT-nin işi regional və qlobal vəziyyətin deqradasiyası, eləcə də beynəlxalq münasibətlərdə mövcud böhran fonunda davam edir. Əsas aktorlar beynəlxalq hüququn ümumbəşəri normalarından  imtina etmişlər ki, bu da təhlükəsizliyin səviyyəsinin aşağı düşməsinə və problemlərin həllində güc üsullarından istifadənin artmasına səbəb olmuşdur. Onların həlli perspektivləri olduqca qeyri-müəyyən olaraq qalır”, - diplomat qeyd edib.

Vasilev vurğulayıb ki, KTMT Avrasiyada yeni təhlükəsizlik sisteminin əsas elementlərindən birinə çevrilməlidir. Məhz bu əsasda Rusiya prezidenti Vladimir Putin Avrasiyada mövcud regional strukturlar əsasında təhlükəsizlik arxitekturasının yaradılması ideyasını irəli sürdü.

Diplomat həmçinin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əməkdaşlığın inkişaf etdirildiyini vurğulayıb.