Kürdə naməlim kişi meyit tapılıb

09:49 10.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Salyanda çayda meyit aşkar edilib.

 

Hafta.az-ın məlumatına görə, bu gün səhər saatlarında Kür çayı üzərində Salyan şəhər və Babazənan yaşayış məntəqəsini birləşdirən körpünün yaxınlığında 25-30 yaş arasında naməlum kişi meyiti aşkar edilib.

 

Hadisə yerinə aidiyyati qurumların əməkdaşları cəlb olunub. Meyit çaydan çıxarılaraq aidiyyati üzrə təhvil verilib.

 

Hazırda meyitin şəxsiyyəti dəqiqləşdirilir.

 

Faktla bağlı araşdırma gedir.