Yazını böyüt
Yazını kiçilt
Küveyt Türkiyədən 18 ədəd "Bayraktar TB2" SİHA almağa qərar verib və bu məqsədlə builki büdcədən 370 milyon dollar ayırıb.
Hafta.az-ın "Middle East Eye"yə istinadən yazdığına görə, bir "Bayraktar TB2" 5 milyon dollara satılır, 18 "Bayraktar TB2"nin hər birində isə cəmi 15 milyon dollar dəyərində 100 MAM-L mikro-ağıllı sursat var.
Digər tərəfdən, Küveytin təlim və komanda mərkəzləri üçün əlavə ödəniş etdiyi bildirilir. Məlumdur ki, hər bir komanda mərkəzi 6 "Bayraktar TB2"dən ibarət donanmanı idarə edə bilir.
Küveytin Bayraktar TB2-ni alması ilə Baykar firmasının ixrac müqaviləsi bağladığı ölkələrin sayı 28-ə çatıb.