Küveytin vəliəhdi Prezident İlham Əliyevə məktub ünvanlayıb

17:43 31.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Küveyt Dövlətinin Vəliəhdi Məşəl əl-Əhməd əl-Cabir əl-Sabah Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Hafta.az xəbər verir ki, təbrikdə deyilir:

"Sizi səmimiyyətlə salamlayıram. Dost Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluğumu bildirirəm.

Bu gözəl bayram münasibətilə Sizə uzun ömür, xoşbəxtlik, uğurlar, ölkənizə və dost Azərbaycan xalqına davamlı inkişaf və rifah arzulayıram".

Siyasət rubrikasından digər xəbərlər