Laçın rayonu istiqamətində mövqelərimiz atəşə tutulub

17:18 11.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

Siyasət rubrikasından digər xəbərlər