Lənkəranda zəncirvari qəza olub: 6 maşın əzilib - FOTO

14:51 15.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Lənkəranda zəncirvari yol-nəqliyyat hadisəsi olub.

Hafta.az xəbər verir ki, hadisə Lənkəran şəhərinin "Böyük bazar" ərazisində baş verib.

Belə ki, xanım sürücünün idarə etdiyi nəqliyyat vasitəsi idarəetməni itirərək ətrafda olan müxtəlif markalı digər avtomobillərə çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, 6 minik avtomobilinə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.