Yazını böyüt
Yazını kiçilt
Liviya hakimiyyət orqanları Tarxun şəhəri yaxınlığında daha bir kütləvi məzarlıq aşkar ediblər.
Hafta.az xarici mətbuata istinadla xəbər verir ki, məzarlıqda 10 cəsəd aşkarlanıb. Bu artıq bir həftə ərzində tapılan ikinci belə məzardır. Kütləvi qətllərdə 2020-ci ilin iyununa qədər Tarxun şəhərini nəzarətində saxlayan Xəlifə Həftara aid qüvvələr ittiham olunur.