Lukaşenko peşmandır: “Ukraynanı vaxtında cəzalandırmalıydıq”

10:07 02.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Belarus prezidenti Aleksandr Lukaşenko ölkənin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri ilə keçirdiyi görüşdə ikrah doğuran fikirlər səsləndirib.

Hafta.az-ın yazdığına görə, Lukaşenko deyib ki, Ukraynanı vaxtında cəzalandırmadıqları üçün təəssüflənir: “Bizim yeganə səhvimiz odur ki, bu problemi 2014-2015-ci illərdə həll etməmişik. O vaxt Ukraynada hələ nə ordu, nə də hazırlıq var idi. Biz hər şeyi sülh yolu ilə həll etmək istəyirdik. Lakin onlar bu müddət ərzində döyüşə biləcək silahlı qüvvələr yaratdılar”.

Fransa və Almaniyanın Ukraynanı Rusiyaya qarşı müharibəyə hazır vəziyyətə gətirmək üçün hər şeyi etdiklərini açıq şəkildə bildirdiklərini vurğulayan Lukaşenko, Rusiya prezidenti Vladimir Putinin “bu müharibəni biz başlamadıq” sözləri ilə tam razılaşdığını ifadə edərək, “Bu müharibə 2014-cü ildən əvvəl başladı. Biz orada baş verən nasist çevrilişini gördük. Biz Ukraynanı buna sövq edənləri görmüşük”, - deyib.

Siyasət rubrikasından digər xəbərlər