Macarıstan hökuməti 8-ci siniflər üçün coğrafiya üzrə onlayn dərsliyin təxribat xarakterli məzmunu ilə bağlı vəziyyəti düzəldəcəyinə söz verib.
Hafta.az-ın İnfoPost-a istinadən yazdığına görə, dərslikdə Rusiyanın Ukraynaya hərbi təcavüzü Rusiya, Aİ və ABŞ-ın qızışdırdığı vətəndaş münaqişəsi kimi şərh edilir.
Macarıstanın Təhsil üzrə Dövlət Katibliyi artıq əmr verib ki, qəzəb dalğasına səbəb olan məlumatların yer aldığı səhifə onlayn dərslikdən çıxarılsın.
Ukraynanın “Edinstvo” assosiasiyasının rəhbəri Viktoriya Petrovskaya bildirib ki, dövlət katibliyi mətnin yeni variantının layihəsi ilə hələ ki, onlara müraciət etməyib. "Hökumət təhsil kabinetinin nümayəndələri ilə söhbətdən bizə elə gəlir ki, 8-ci sinif şagirdləri dərsliyin bu hissəsinə fevral-mart aylarında çatacaq", - o, qeyd edib.
Məlumata görə, dərsliyin qalmaqallı nəşri hələ 2018-ci ildə, yəni 2014-cü ildə Rusiya təcavüzü başlayandan sonra və 2022-ci il fevralın 24-də start verilən işğaldan əvvəl təsdiqlənib.
Xatırladaq ki, Macarıstanda dövlət mərkəzi 8-ci sinif üçün Ukrayna əleyhinə təbliğat və yalan faktlarla dolu, məktəbliləri Ukraynaya düşmən münasibətdə “proqramlaşdırmağa” qadir olan coğrafiya dərsliyi hazırlayıb. Dərslikdə macar məktəblilər əmin edilirlər ki, Ukraynada vətəndaş müharibəsi gedir və bu prosesdə Rusiya iştirak etmir.
Mətn Ukraynanın ABŞ və Avropa Birliyinin simvollarında rus ayısı və iki kişi tərəfindən parçalandığı bir rəsmlə müşayiət olunur. Eyni zamanda məktəblilər soruşurlar: "Ukrayna onlardan kimə aid olmalıdır?"