Macarıstan səfirliyini Qüdsə köçürəcək ilk Aİ ölkəsi olacaq

11:30 01.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsrailin xarici işlər naziri Eli Koen Macarıstana səfər edib.

Hafta.az-ın yazdığına görə, Koen dünən Budapeştdə elan edib ki, Macarıstan İsraildəki səfirliyini Qüdsə köçürən ilk Avropa İttifaqı ölkəsi olacaq.

Şabbat sinaqoqunda çıxış edən Koen Macarıstanın beynəlxalq arenada İsraili dəstəklədiyini bildirib: "Daha yaxşı xəbər budur ki, Macarıstan bir neçə həftə ərzində səfirliyini Qüdsə köçürdüyünü açıqlayan ilk Avropa İttifaqı üzvü olacaq".

Macarıstan səfirliyini köçürməklə İsrailin paytaxtını Qüds kimi tanıyacaq. Məlumdur ki, İsrail öz paytaxtınının Qüds olduğunu elan edib, lakin bu qərarın beynəlxalq aləmdə qarşılığı yoxdur.

Macarıstanın baş naziri Viktor Orbanın israilli həmkarı Benyamin Netanyahu ilə yaxın münasibəti olduğu bilinir.

Siyasət rubrikasından digər xəbərlər