Makron BMT-nin qərarından narahat olduğunu açıqladı

14:34 02.07.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Fransa Prezidenti Emmanuel Makron İranı zənginləşdirilmiş uran ehtiyatlarını dərhal azaltmağa çağırıb.

Hafta.az Reuters-ə istinadla xəbər verir ki, bu barədə “Assoşeyted Press” agentliyi məlumat yayıb.

Məlumata görə, Fransa prezidenti MAQATE-nin bəyanatını narahatlıqla qeyd edib və İranı onun nüvə öhdəliklərini zərbə altında qoyacaq bu artımdan geri çəkilməyə çağırıb.