Yazını böyüt
Yazını kiçilt
“Səfirlik 20-29 iyul il tarixlərində Bakıda keçirilən Beynəlxalq İqtisadiyyat Olimpiadasının (IEO) 2025-ci il açılış mərasimində iştirak edibtməkdən qürur duyur”.
Hafta.az-ın yazdığına görə, bu sözlər Malayziyanın ölkəmizdəki səfirliyinin facebook səhifəsində yazılıb.

Səfirliyin açıqlamasında qeyd olunur ki, IEO iqtisadiyyat, biznes və maliyyə sahələrində rəqabət aparmaq, akademik mükəmməlliyi, tənqidi təfəkkürü və beynəlxalq yoldaşlığı təşviq etmək üçün dünyanın dörd bir yanından ən parlaq gənc ağılları bir araya gətirir.
Açıqlama bu fikirlərlə başa çatır: “Malayziya komandasına bu yarışlarda ən səmimi arzularımızı çatdırır, uğurlar diləyirik. Malayziya Boleh!”.