Mansarda tipli obyetkdə yanğın olub

21:24 12.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 400 m² olan mansarda tipli birmərtəbəli obyektin (1-ci mərtəbəsi market, mansardası çay evi) mansardasının taxta atmaları və penoplastdan ibarət üzlüyü 10 m² sahədə yanıb.Obyektin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.