Masallıda 11 yaşlı qız hamamda ölü tapıldı

21:53 19.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Masallı rayonunda bədbəxt hadisə baş verib.

 

Hafta.az xəbər verir ki, hadisə Masallı rayonunun Ərkivan qəsəbəsində baş verib.

 

Belə ki, 2010-cu il təvəllüdlü qəsəbə sakini Zəhra Tofiq qızı Məmmədovanın cansız bədəni hamam otağında aşkar edilib.

 

Onun yıxılaraq travma aldığı və bu səbəbdən dünyasını dəyişdiyi ehtimal olunur.

Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır (report).