Yazını böyüt
Yazını kiçilt
Masallıda yanğın hadisəsi olub.
Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, rayonun Təzə Alvadı kəndində ümumi sahəsi 390 m² olan tikintisi başa çatmayan ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə və birinci mərtəbəsinə yığılan taxta materiallar 2 m³, bitişik ümumi sahəsi 90 m² olan mebel sexinin yanar konstruksiyaları 30 m² sahədə və içərisinə yığılan taxta materiallar 4 m³ yanıb. Evin və sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.