Masallıda zəlzələ olub

16:12 15.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün yerli vaxtla saat 15:24-də Lənkaran stansiyasından 29 km şimal-qərbdə, Masallı rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə hafta.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Maqnitudası 3,1, dərinliyi isə 20 km olan təkanlar hiss edilməyib.