Maskalı şəxs küçədə vətəndaşa hücum etdi

10:51 19.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda maskalı şəxs vətəndaşa hücum edib.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində maskalı şəxsin qəsəbə sakini olan bir nəfərin əlindən içərisində 1280 manat, 7900 ABŞ dolları və bank kartları olan sellofan torbanı quldurluq yolu ilə talaması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Vüqar Bağırov müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.