Azərbaycan Respublikasının müvəqqəti (!) olaraq Rusiyanın nəzarətində qalan ərazisindəki separatçı və revanşist xislətli haykların təşkil etdiyi “Artsaxın etnik təmizlənməsinə yox” qondarma hərəkatının təşəbbüskarları mayın 9-da Xankəndində mitinq keçirməyə çağırırlar.
Hafta.az xəbər verir ki, “Hraparak” nəşrinin yaydığı məlumata görə, onlar bu barədə Azərbaycan dövlətinə yalan, böhtan və hədyan dolu bəyanat yayıblar.
Üzdəniraq mitinq saat 12:00-da Xankəndinin “Dirçəliş” meydanında keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, bu günlərdə mediada yayılan məlumatlardan o da bəlli olub ki, bəhs edilən separatçı-revanşist hərəkatın bir qrup üzvü Xankəndi-Şuşa yolunun məşhur Xan bağı deyilən əraziyə yaxın hissəsində - yol kənarında iki çadır quraraq “Qarabağdakı ermənilər üçün Laçın dəhlizində maneəsiz gediş-gəlişin bərpa edilməsi” və s. kimi ədalətsiz tələblərlə fasiləsiz aksiya keçirirlər.