Mebel sexində baş verən yanğın söndürülüb - FOTO

23:52 05.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zəki Məmmədov küçəsində yerləşən mebel sexində yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında Nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

FHN-dən hafta.az-a verilən məlumata görə, görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.