Məhkəmə Tibbi-Ekspertiza və PA Birliyinə yeni direktor müavini təyin edildi

15:54 04.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Səhiyyə Nazirliyində yeni kadr dəyişikliyi olub.

Nazirliyin Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, bu barədə Səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb.

Nazirin əmrinə əsasən Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov tutduğu vəzifədən azad olunaraq Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktor müavini təyin edilib.