Məişət tullantılarının yığıldığı ərazidə yanğın olub

13:56 03.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu ərazisində təkər və məişət tullantılarının yanması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.