Məktəb direktorları və müavinlərinin maaşları artırıldı

19:43 17.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda dövlət ümumi təhsil müəssisələrinin direktorlarının və müavinlərinin maaşları artırılıb. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 799 manat, direktorun müavinlərinin aylıq vəzifə maaşı 719 manat müəyyənləşib.

Qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Oxunma sayı 38