Məktəbəqədər hazırlıq qruplarına qəbul - Razı qalanlar da var, narazı olanlar da...

11:05 04.09.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Artıq məktəbəqədər hazırlıq qruplarında qeydiyyat müddəti başlayıb və bir neçə gün ərzində kifayət qədər məktəbli qeydiyyatdan keçib. Bakı şəhəri üzrə məktəblərdə rus sektorlarına qeydiyyat tamamilə dolub - desək yanılmarıq. Uşağını rus sektoruna yazdıra bilməyən bir sıra valideynlər narazılıq edirlər. Əldə etdiyimiz məlumata görə, bildirilir ki, məktəblərdə rus sektoru üzrə kifayət qədər kadr olmadığı üçün sözügedən bölməyə vakant yerlər az olur.

Mövzu ilə bağlı hafta.az-a danışan təhsil eksperti Kamran Əsədov dedi ki, məktəbəqədər hazırlıq qruplarınının nəticələrini təhlil edəndə görürük ki, bu pilləni bitirənlər arasında məktəbə hаzırlıqlı gələnlərin sаyı ildən-ilə аrtır:

“Orta məktəblərdə həyata keçirilən məktəbə hazırlıq qruplarında aparıdığımız araşdırmalar göstərdi ki, uşаğın məktəbə hаzırlаnmаsı özündə iki vəzifəni birləşdirir: uşаğın hərtərəfli (fiziki, əqli, mənəvi, еstеtik) inkişаfınа hаzırlıq və məktəbdə öyrənəcəyi fənlərin mənimsənilməsinə хüsusi hаzırlıq. Uşаğın məkəbə hаzırlаnmаsı bu gün iki bахımdаn хüsusi əhəmiyyət kəsb еdir:

1) Təcrübə göstərir ki, I sinifdə uşаqlаrın böyük bir qisminin müvəffəqiyyətlə təhsil аlа bilməməsi, sоnrаkı siniflərdə gеridə qаlmаlаrı оnlаrın məktəbəqədər dövrü bахımsız kеçirmələri, təlimə hаzırlıq üzrə ilkin vərdişlərə yiyələnmələri ilə bаğlıdır.

2) Yахın kеçmişdən fərqli оlаrаq hаzırkı dövrdə I sinfə qəbul 6 yаşdаn bаşlаndığındаn məktəbə hаzırlıq yаşı bir il аşаğı sаlınmış, 5 yаşdаn оlmuşdur. Bеş yаşlılаrın məktəbə hаzırlаnmаsı аrtıq hаzırlığın məzmunu, fоrmаlаrı, mеtоd və priyоmlаrındа böyük dəyişikliklərin аpаrılmаsını tələb еdir. Vacib bir məqamı qeyd edim ki, 5 il bundan əvvəl 170.000-dən аrtıq bеşyаşlının yаlnız 15-16 fаizi uşаq bаğçаlаrınа çəlb еdilib. Amma 2016-cı ildən etibarən Təhsil nazirliyinin gördüyü məqsədyönlü iş sayəsində bu rəqəmdə ciddi şəkildə artım müşahidə olunur. Əvvəlki illərdə bеşyаşlılаrın ən yахşı hаldа 84-85 fаizi içtimаi tərbiyə müəssələrindən kənаrdаn qаlırdısa, indi bu rəqəm müsbətə doğru 180 dərəcə dəyişdi.

Ekspertin fikrincə, ümumiyyətlə Azərbaycanda müəllim-şagird nisbəti arzu olunandan yuxarıdır:

“Buna görə də hesab edirəm ki, gənc kadrların orta ümumtəhsil məktəblərində yerləşdirilməsi üçün təqaüd yaşına çatmış müəllimlərin pedaqoji sahədən uzaqlaşdırılmasını tənzimləyən normativ hüquqi bazanın olmasına ehtiyac var. Artıq 2 ildir ki, şagirdlərin birinci siniflərə qəbulu zamanı ərazi üzrə yaşayış meyarı əsas götürülür ki, bu da sosial ədalət prinsipini qoruyur. Bir çox hallarda valideyinlər övladarını digər ərazilərdə yerləşən məktəblərə yollayırdı ki, bu zaman həmən məktəbin mikroərazisində sıxlıq formalaşırdı. Bu gün ibtidai siniflər üzrə demək olar ki, Bakı şəhərində bütün orta məktəbdə şagirdlərin sayı 35 dən çoxdur. Bu əlbətdə ki, keyfiyyətə ciddi təssir göstərir. Çünki 45 dəqiqə ərzində müəllim bütün şagirdləri öyrədə, onların bilik və bnacarıqlarını yoxlaya bilmir. Cari tədris ilindən təkcə məkətbəqədər və ibtidai siniflərə yox, eyni zamanda V siniflər üçün liseylərə qəbulun da mərkəzləşdirlmiş qaydada həyata keçrilməsi şagird sıxlığının aradan qalxmasına və ərazi üzrə yerləşdirmənin tam şəkildə həyata keçrilməsinə cidi müsbət təsir edəcək”.

Məsələ ilə bağlı Bakı Şəhəri Üzrə Təhsil İdarəsinə suallarımızı ünvanladıq: 

"Məktəbəhazırlıq qruplarına şagird qəbulu   https://mektebeqebul.edu.az/ elektron sistemi vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasının vətəndaşlığını sonradan alanlar,  xarici ölkə vətəndaşları, digər ölkələrin vətəndaşları olan və qaçqınlıq statusu almış şəxslər elektron elektron qeydiyyatdan keçə bilərlər.

2019-2020-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına avqustun 26-dan başlanmış elektron qeydiyyat prosesi sentyabrın 25-dək davam edəcək. Elektron ərizəsi qeydiyyata alınan şəxslərin məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə sentyabrın 2-dən 27-dək (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) aparılacaq. 

Məktəbəhazırlıq qruplarına qəbul 4-cü tədris ilidir ki, elektron sistem vasitəsilə həyata keçirilir. Bu isə vətəndaşların rahatlığı və subyektiv amillərin aradan qaldırılması baxımından mühüm əhəmiyyətə malikdir. Elektron qeydiyyat sistemi şagirdlərin uçot sisteminin dəqiqləşdirilməsinə, sinif komplektləşdirilməsinin və digər dillərdə tədris aparılan bölmə üzrə proqnozların öncədən müəyyənləşdirilməsinə imkan verir. Odur ki, nəzərdə tutulan proqnoz üzrə bütün dövlət ümumi təhsil müəssisələrinə uşaqların qeydiyyatı müvafiq qaydalara uyğun olaraq həyata keçirilməkdədir.

Azərbaycanda 2015-2016-cı tədris ilində məktəbəhazırlıq proqramı bütün 5 yaşlıların 24 faizini əhatə edirdisə, 2016-2017-ci dərs ilində bu göstərici 55, 2017-2018-ci tədris ilində 65, 2018-2019-cu dərs ilində 75 faiz həddinə çatdırılıb. 2019-2020-ci dərs ilində 5 yaşlıların 90 faizinin məktəbəhazırlıq qruplarına cəlb olunması üçün dövlət tərəfindən imkan yaradılıb.

2019-2020-ci tədris ilində Bakıdakı 271 ümumi təhsil müəssisəsində 962 məktəbəhazırlıq qrupunun fəaliyyət göstərməsi nəzərdə tutulub.

Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elekton sistemdə (mektebeqebul.edu.az) 20 000-ə yaxın ərizənin onlayn qeydiyyatı (03.09.2019-cu il tarixinə olan məlumata əsasən) aparılıb. Bu isə deməyə əsas verir ki, ümumilikdə qeydiyyat prosesi uğurla davam etməkdədir".