Məktəblərdə uşaqlara COVİD-19 PEYVƏNDİ VURULACAQ

18:56 23.08.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İsraildə məktəblərdə 12 yaşından böyük uşaqlara dərs vaxtı koronavirusa qarşı peyvənd vurulacaq. Bununla belə uşaqların peyvəndlənməsi üçün valideynlərin icazəsi mütləq şərtdir.

Hafta.az The Times of Israel nəşrinə istinadla xəbər verir ki, məktəblərdə həm uşaqlar, həm də müəllimlər üçün kovid testi və ya peyvəndə dair sənədlərin tələb olunduğu "yaşıl zonalar" yaradılacaq. İsrail hökuməti təhsil ilinin açılışını təxirə salmaq istəmədiyi üçün bu tədbirə əl atıb.