Mənbic PKK/YPG terrorçularından təmizlənir

15:26 08.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Suriya Milli Ordusu (Azad Suriya Ordusu) PKK/YPG-nin nəzarət etdiyi Mənbicdə əməliyyata başlayıb.

Hafta.az xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” telekanalı yayıb.

Telekanal bununla bağlı məlumatında qeyd edib:

“Suriya Milli Ordusu “Azadlıq şəfəqi” əməliyyatında PKK/YPG terror təşkilatının işğalı altındakı Mənbicin Ureyme qəsəbəsi və Um Dadat kəndini azad edib”.

Məlumata görə, ordu Mənbicin 80 faizinə nəzarəti ələ alıb. Mənbələr Ordunun Mənbicin mərkəzinə daxil olduğunu açıqlayıb.