Mənzildə qadın meyiti aşkarlanıb

21:41 12.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mingəçevirdə mənzildə meyit aşkarlanıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1937-ci il təvəllüdlü But Stasiya Nikolayevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.