Mənzildən 8600 dollar pul oğurlanıb

13:31 02.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mənzillərin birindən 8600 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini S. Qurbanova müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.