Mənzildən qadın meyiti tapılıb

15:28 08.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə mənzildən qadın meyiti tapılıb.

Hafta.az-ın Fövqəladə Halar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhəri, Kəpəz rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1931-ci il təvəllüdlü Süleymanova Yaqut Məmməd qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.