Mərakeş kralı əsrin ən geniş əfv fərmanını imzaladı

11:31 31.07.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Taxta çıxmasının 20-ci ilində qeyd olunan bayram günü Mərakeş kralı VI Məhəmməd yaşadığımız əsrin ən geniş əhatəli əfv fərmanını imzalayıb.

Hafta.az yazır ki, kraklın fərmanı ilə Mərakeş həpsxanalarından 4764 məhkum əfv edilib. Mərakeş Ədliyyə Nazirliyindən verilən yazılı açıqlamada deyilir ki, sərəncama əsasən 1916 məhkum sərbəst buraxılıb, 2477 nəfərin həps cəzasının müddəti azaldılıb, 31 nəfərə verilən edam hökmü ömürlük həps cəzasına dəyişdirilib, 176 ömürlük həpsə məhkum olunmuş məhbusun cəzası müəyyən müddətlə əvəzlənib. Bununla yanaşı hazırda haqlarında məhkəmə presuduru gedən 164 nəfər isə ümumiyyətlə cinayət məsuliyyətindən azad edilib.

Açıqlamada o da qeyd edilir ki, fiziki və ağır tibbi problemləri olan, eləcə də yaşı çox olan bir sıra məhkumlar da kralın əfv fərmanından yararlanıb.