Mingəçevirdə fabrikdə iş yoldaşını bıçaqlayan şəxs saxlanılıb

10:35 16.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mingəçevirdə tekstil fabrikində iş yoldaşını bıçaqlayan şəxs saxlanılıb.

Şəhər polis şöbəsi əməkdaşlarının əməliyyat axtarış tədbirləri nəticəsində tekstil fabrikində münaqişə zəminində 1984-cü il təvəllüdlü iş yoldaşı Elmir Nizami oğlu Qasımovu bıçaqlayaraq xəsarət yetirməkdə şübhəli bilinən, fabrikin əməkdaşı, Kəlbəcər rayon sakini Dağıbəyi Vəlizadə saxlanılaraq istintaqa cəlb edilib.