Yazını böyüt
Yazını kiçilt
Misir Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində “My Way” və “Esmeralda” rəsm studiyasının təşkilatçılığı ilə "Azərbaycan" adlı rəsm sərgisi keçirilib.
Hafta.az-ın yazdığına görə, sərgidə amerikalı və azərbaycanlı uşaqların Azərbaycana aid rəsmləri sərgilənib.

Açılış çıxışı edən Mərkəzin müdiri professor Tarek Məhəmməd tədbirin əhəmiyyətindən danışıb, iştirakçı uşaqlara uğurlar arzulayıb.
Daha sonra çıxış edən “My Way” və “Esmeralda”studiyalarının rəhbərləri Alyona Bədəlova və Esmeralda Tağızadə Azərbaycanı görmədən onun haqqında rəsmlər çəkən uşaqların Azərbaycan sevgisindən söz açıb, belə şəraiti yaratdığı üçün Mərkəzin müdirinə təşəkkür ediblər.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub, xatirə şəkli çəkdirilib.