Misir səfiri: Azad olunmuş ərazilərdə bərpa işləri yüksək səviyyədə aparılır

14:27 16.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Suqovuşanda olmağıma çox şadam. Azad olunmuş ərazilərdə bərpa işləri yüksək səviyyədə gedir.

AZƏRTAC xəbər verir ki, bunu Misirin Azərbaycandakı səfiri Adel İbrahim Ahmed İbrahim diplomatik korpus və yerli media nümayəndələrinin işğaldan azad edilmiş Suqovuşana səfəri zamanı deyib.

Səfir bildirib: “Nəhayət, bu ərazilərdə sülh bərpa olundu. Bu münasibətlə Azərbaycan xalqını və hökumətini təbrik edirəm. Əminəm ki, tezliklə hər şey qaydasına düşəcək və bu torpaqlardan olan insanlar doğma yurdlarına qayıdacaqlar”.

Oxunma sayı 44