Misirdə dəfn mərasimində Quran oxuyan şəxsin üstünə pul atılması sosial mediada müzakirələrə səbəb olub.
Hafta.az-ın yazdığına görə, Misir parlamentinin üzvü Məhəmməd Xalid Nurəddin dəfn mərasimləri kimi sosial tədbirlər zamanı ictimaiyyətin Quran oxuyanlarla qarşılıqlı əlaqəsinə nəzarət yollarının tapılmasının vacibliyini vurğulayıb.
Misir Quran Oxuyanlar və Hafizlər Birliyinin rəhbəri Şeyx Məhəmməd Həşad deyib: “Oxucular hər hansı bir hərəkətlə qarşılaşdıqda oxumağı dayandırmalıdırlar. Oxuculara hörmətlə qulaq asmaq lazımdır. Əgər ictimaiyyət oxucunu dinləmirsə, oxucu həmin mərasimi tərk etməlidir”.
Xatırladaq ki, Dehakliyahda yaşayan Quran hafizi Məhəmməd əl-Kazzazın üstünə sikkə atıb. Kazzaz buna kifayət qədər təəccüblənib, çünki bunu tez-tez toylarda sənətçilərə edirlər.
Millət vəkili Nurəddin, bu və buna bənzər fərdi hərəkətlərin xüsusilə kənd və qəbiristanlıqlardakı dəfn mərasimlərində yaşandığını, bu vəziyyətə nəzarətdə hüquqi çətinliklərin olduğunu söyləyib. O, bu hadisənin hörmətsizlik olduğunu vurğulayıb.
Misir Quran Oxuyanlar və Hafizlar Birliyinin 14 minə yaxın üzvü olduğunu bildirən Haşad vəziyyətlə bağlı bunları söyləyib: “Biz Quran oxuyanlara mülayim ifadələr və dualarla salamlamağı öyrətdik. Videoçəkiliş, yayım və digər hadisələrin yaratdığı təlatümləri narahatlıqla izləyirik. Nəzarət mexanizmi hazırlanmalıdır ki, belə səhnələr bir daha təkrarlanmasın”.
Misir Quran Oxuyanlar və Hafizlar Birliyi bəyanat yayaraq hadisəni pisləyib və bunu Quranı təhqir etmək kimi qiymətləndirib.