Misirdəki qəzada xəsarət alan azərbaycanlı ailənin vəziyyəti yaxşıdır

14:14 10.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Misirdə avtomobil qəzasına düşmüş azərbaycanlı ailə (3 nəfər) ilə Misirdəki səfirliyimiz tərəfindən əlaqə saxlanılıb.

Hafta.az-ın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə bildirib ki, həmvətənlərimiz yüngül xəsarətlər alıblar.

“Vəziyyətləri yaxşıdır. Artıq mehmanxanadadırlar və heç bir şikayətləri yoxdur", - deyə A.Hacızadə bildirib.