COVID-19 xəstəliyinə yoluxan xəstələrin sayı azaldığı üçün Məhəmmədi qəsəbəsində yerləşən modul tipli COVID xəstəxanası saxlanılmaqla digərlərinin fəaliyyəti tam dayandırılıb.
TƏBİB-in tabeliyində olan tibb müəssisələrində daha çox hansı sahələrə bina ehtiyacı və yaxud tibbi xidmətin keyfiyyətinin artırılması ilə bağlı hər hansı bir ehtiyac olduğu halda modul tipli xəstəxanalardan istifadə edirik. Saray qəsəbəsindəki modul xəstəxana vərəm əleyhinə xəstəxana olaraq fəaliyyətə başladı. Digər müəssisələr üzrə də layihələr hazırlanır. Razılaşdırmadan sonra digər modul tipli xəstəxanaların təyinatı dəyişdirilərək ehtiyacı olan sahələr üzrə yönləndiriləcək.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə müsahibəsində deyib.