Moskvada 50-yə yaxın aviareys təxirə salındı

12:14 04.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Moskvanın “Vnukovo”, “Domodedovo” və “Şeremetyevo” hava limanlarında 49 reys təxirə salınıb, 6 reys isə ləğv edilib.

Hafta.az-ın məlumatına görə, bu, şəhər ərazisində qeydə alınan dumanla əlaqədardır.

Qeyd olunur ki, “Vnukovo”da 24, “Domodedovo”da 13, “Şeremetyevo”da isə 12 reys təxirə salınıb.