Yazını böyüt
Yazını kiçilt
Moskvada 8,5 kvadratmetrlik mikrostudiya mənzil 12 milyon rubl və ya 120 min dollara satılır.
Hafta.az-ın “Moskviçmaq” jurnalına istinadən yazdığına görə, bir neçə gün öncə Telegram kanallarında yayılan xəbərlə məşhurlaşan mənzilin sahibi qiyməti 7,5 milyondan 12 milyon rubla qaldırıb.
Mənzilin kvadratmetrinin qiyməti 1,4 milyon rubl və ya 14200 dollar təşkil edir.
Jurnal mənzilin mətbəxinin mikrodalğalı soba, çaynik və bir neçə fincan üçün ayrılmış yerdən ibarət olduğunu vurğulayır. Mənzildə mini bar ölçüsündə soyuducu da var.
Bəzi Telegram istifadəçiləri mənzili “yataq tualeti” kimi qiymətləndiriblər.