Moskvada toy etməyin xərci: qazananlar və borca düşənlər

10:05 17.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Evlənərkən moskvalılar toya orta hesabla 161193 rubl, yəni 1657 dollar xərcləyirlər. “Sokolov holding”in YouDo ilə birgə keçirdiyi sorğunun nəticələrinə görə, bu pulun böyük hissəsi restoran rezervasiyası və üzüklərə gedir.

Hafta.az-ın yazdığına görə, yeni evlənənlərin 67 faizi deyir ki, qohumları onlara xərcləri ödəməyə kömək edir. Xərcləri tamamilə qohumları tərəfindən qarşılanan yeni evlənənlərin çəkisi 19 faiz olsa da, 14 faiz xərcləri tək çiyninə götürməli olub.

Hədiyyələrə gəlincə: cütlüklərin 67 faizi təxminən 700 min rubl (7200 dollar) dəyərində hədiyyələr alıb. Xoşbəxt 4 faizin aldığı hədiyyələrin ümumi dəyəri 1,5 milyon rubldan çoxdur.

Toy xərclərini qismən hədiyyə zərfləri ilə qarşıladığını bəyan edən cütlüklərin nisbəti yüzdə 65, yeni həyatına borcla başlayanların nisbəti yüzdə 18-dir.