Yazını böyüt
Yazını kiçilt
"Rusiya NATO ölkələrinə hücum etmək qərarına gələrsə, Almaniya qoşunları rusiyalı əsgərləri öldürməyə hazırdır".
Bunu Almaniyanın müdafiə naziri Boris Pistorius "Financial Times" nəşrinə müsahibəsində deyib. Qeyd edib ki, Almaniya indiyədək "hərbi təmkinlilik" siyasətinə sadiq qalıb, amma Rusiya ilə müharibə halında ölkəsi "güc mövqeyi"ndən dialoq aparmağa hazırdır:
"Kimi isə qorxutmaqdan ötrü yox, nəyə qadir olduğumuzu başa salmaq üçün buna hazırıq. Biz sizinlə sülh şəraitində yaşamaq istəyiyirik, amma zəif olduğumuzu və ya müdafiə olunmayacağımızı düşünməyin".
O, Almaniyanın Fransa, Böyük Britaniya və ABŞ kimi NATO-nun şərq cinahına - Baltikyanı ölkələrə və Polşaya dəstək üçün hərbi güc ayıracağını vurğulayıb.