Müdafiə nazirinin müavini - Baş direktor Türkiyədə hərbi məktəblərin buraxılış mərasimlərində iştirak edib - FOTO

14:04 01.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının Quru Qoşunları, Ali Hərbi Dənizçilik və Ali Hərbi Təyyarəçilik məktəblərinin buraxılış mərasimlərində iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, mərasimlərdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək məzunları təbrik edib.

Baş direktor təhsildə fərqlənən azərbaycanlı gənc zabitlərə diplomlar təqdim edib.

Qardaş ölkəyə səfər çərçivəsində Baş direktor, həmçinin bir sıra görüşlər keçirərək Azərbaycan və Türkiyə arasında hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığa dair geniş fikir mübadiləsi aparıb.