Müdafiə Nazirliyindən Ermənistana xəbərdarlıq

10:20 09.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Müdafiə Nazirliyi dövlət sərhədində təxribat törədən Ermənistana növbəti dəfə xəbərdarlıq edib.

 

Hafta.az-ın xəbərinə görə, nazirlikdən bildirilib ki, baş verən növbəti gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

 

"Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub", - nazirlikdən qeyd olunub.

 

Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələri növbəti təxribat törətdib. Təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.

Oxunma sayı 22
Siyasət rubrikasından digər xəbərlər