Müəllim olmaq istəyənlər üçün növbəti fənlər üzrə vakansiya seçiminə start verilir

16:55 12.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin 4, 7, 8 sentyabr tarixlərində Tarix, Coğrafiya və İnformatika fənləri üzrə işə qəbul imtahanlarında iştirak etmiş namizədlər üçün vakansiya seçimi mərhələsinə start verilir.

Təhsil Nazirliyindən hafta.az-a verilən məlumata görə, qeyd olunan fənlər üzrə ümumi təhsil müəssisələrinə keçid balı 36 olaraq  müəyyənləşdirilib.

Namizədlər 13 sentyabr  saat 14:00-dan 14 sentyabr  saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq elektron ərizələrində vakansiya seçimi edə biləcəklər.

Qeyd edək ki, 4, 7 və 8 sentyabr tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu imtahanları üzrə apellyasiya  müraciətlərinə baxılıb və nəticə barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib.

Sosial rubrikasından digər xəbərlər