Müəllim qadın direktoru döydü - AZƏRBAYCANDA

18:56 23.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bərdədə məktəb direktoru müəllim tərəfindən döyülüb.

Hafta.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl Bərdə şəhər 4 saylı orta məktəbdə baş verib. Həmin orta məktəbdə müəllimlərdən biri aralarında yaranmış mübahisə zamanı qadın direktoru döyüb.

Məsələ barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə  regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Lent.az-ın sorğusuna cavabında faktı təsdiqləyib. Bildirib ki, Bərdə rayonunda orta məktəb direktorunun həmin məktəbin müəllimiin döyməsi ilə bağlı rayon Polis Şöbəsinə daxil olmuş müraciət əsasında müvafiq araşdırmalara başlanılıb: “Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.