İsrail Maliyyə Nazirliyinin ilkin məlumatlarına görə, Qəzzaya qarşı aparılan müharibədə ölkəyə dəyən ziyanın həcmi 200 milyard şekelə (51 milyard dollar) çatacağı bildirilir.
Hafta.az-ın İsraildə nəşr olunan “Calcalist” qəzetinə istinadən yazdığına görə, ölkənin ümumdaxili məhsulunun (ÜDM) 10 faizinə uyğun gələn bu təxminin Hizbullah-ın tam iştirakı olmadan Qəzza ilə məhdudlaşacağı gözlənilir. Qeyd olunur ki, bu nəticəyə hərbi proseslərin 8-12 ay davam etməsi ehtimalı əsasında gəlinib.
Bu təxminlərə həmçinin tezliklə ehtiyat qüvvələrə çağırılacaq təxminən 350 min israilliyə çəkiləcək xərclər də daxildir.
Sözügedən xəbərdə xərcin yarısının gündə təxminən 1 milyard şekellik müdafiə xərclərindən gələcəyinə diqqət çəkilib. Qalan 40-60 milyard şekelin itirilmiş gəlirdən, 17-20 milyard şekelin müəssisələrə verilən kompensasiyadan, 10-20 milyard şekelin isə reabilitasiyadan olacağı vurğulanıb.
Beynəlxalq kredit reytinqi agentliyi Standard & Poor's müharibə başlayandan sonra İsrailin reytinqi ilə bağlı gözləntilərini mənfiyə endirib, Moody's və Fitch İsrailin reytinqini mümkün endirmə üçün araşdırıb.