“Müharibə ən çox Livan, Misir və İordaniyaya təsir edəcək” - Sandard & Poors

09:16 07.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ mərkəzli beynəlxalq kredit reytinqi agentliyi Standard & Poors (S&P) Qəzzadakı müharibə səbəbiylə Yaxın Şərq və Şimali Afrikada turizm sektorunun zədələnməsinin gözlənildiyini bildirib.

Hafta.az-ın yazdığına görə, S&P-nin hesabatında deyilir: "İsraillə Həmas arasındakı müharibə, fəlakətli insan itkisi və infrastruktura baha başa gələn zərərlə yanaşı, Yaxın Şərq və Şimali Afrika regionunun digər iqtisadiyyatlarına da təsir göstərəcək".

Turizm sektoruna diqqət çəkən hesabatda ən böyük zərərin Livan, Misir və İordaniyada olacağı təxmin edilir və qeyd olunur: "Bu, real ÜDM artımının azalmasına səbəb ola və onların xarici mövqeyini zəiflədə bilər, baxmayaraq ki, bu, beynəlxalq donorların potensial dəstəyi ilə bu problemlərin müəyyən dərəcədə aradan qaldırılması mümkündür".

Hesabatda vurğulanıb ki, Livan, Misir və İordaniya coğrafi yaxınlıqları və münaqişənin miqyasını genişləndirmək imkanlarına görə zərərə ən çox həssas olan ölkələrdir. "Fikirimiz, hər bir ölkədə turizm gəlirlərindəki 10 faiz, 30 faiz və ya 70 faiz itkisinin maliyyə təsirini araşdırdığımız ssenari təhlili nəticələrindən irəli gəlir", - hesabatda  deyilir.

Ötən il turizmin Livana verdiyi töhfə 26 faiz olarkən, bu İordaniyada 21, Misirdə 12, İsraildə isə cəmi 3 faiz olaraq qeyd edilib.

S&P-nin hesabatına görə, "cari baza ssenarisi"ndə müharibənin Körfəz ölkələri, Türkiyə və İraqın turizm axınına ciddi təsir göstərməsi gözlənilmir. “Bu, daha çox münaqişənin nə qədər davam edəcəyindən və onun regionun daha böyük hissələrini əhatə edib-etməməsindən asılı olacaq”, - hesabatda bildirilir.