“Müxalifət seçkilərdə tam məğlubiyyətə məhkumdur, heç bir şansları yoxdur”.
Hafta.az-ın yazdığına görə, bu haqda Gürcüstanın baş naziri İrakli Kobaxidze Acaranın İctimai Yayımçısının “Azad mühit” verilişində deyib.
Hökumət başçısı bildirib ki, hakim partiyanın reytinqi 55 faiz olanda, heç bir konfiqurasiya müxalifətə kömək etməyəcək.
“Yenidən necə düzülmələrinin heç bir əhəmiyyəti yoxdur. Toplananların yerini dəyişdikdə cəm dəyişmir. Cəm çox aşağıdır. Müvafiq olaraq, necə qruplaşmalarından asılı olmayaraq, dördü də birləşsə, ikisi birləşsə də, bir qalsa da, heç biri qalmasa da, belə də, elə də, tam məğlubiyyətə məhkumdurlar. Heç bir şansları yoxdur. Hakim partiyanın bu qədər reytinqi olanda, 55 faizi aşmışıq, heç bir konfiqurasiya onlara kömək etməyəcək”, – baş nazir bildirib.