Nadir görülən üzgəcli dərinlik kalmarı heyrətə saldı

13:45 10.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Atlantik okeanında işlərini davam etdirən Şmidt Okean İnstitutu nadir dərin dəniz canlısı ilə qarşılaşıb. ABŞ-da yerləşən qeyri-kommersiya fondunun tədqiqat qrupu uzun çəngəlləri ilə diqqət çəkən böyük üzgəcli kalamarın şəklini çəkib.

Hafta.az-ın IFLScience-yə istinadən yazdığına görə, YouTube-da canlı yayımlanmış ekspedisiya zamanı 1930 metr dərinlikdə olan kalamar kameraya düşüb. Verilişdə "Nə gözəl heyvandır" və "Çox fərqli görünür. Nə üçün bu qədər yadplanetlinin dənizdəki heyvanlardan ilhamlandığını anlayıram" kimi şərhlər edilib.

ABŞ Milli Okean və Atmosfer İdarəsi (NOAA) bildirib ki, Magnapinna cinsindən olan böyük üzgəcli kalamar bir çox okeanda görülə bilər və hər hansı digər kalamardan daha dərində yaşaya bilir. Ən çox 4735 metr dərinlikdə böyük üzgeçli kalamar göründüyü qeyd edilib.

Uzunluğu 6 metrə çatan bu kalamarın 8 qolu var. NOAA, bu cinsin qolları sayəsində bu qədər uzun olduğunu vurğulayıb. Ancaq bu əzaların dəqiq necə istifadə edildiyi məlum deyil. Mütəxəssislər, əzalarda mikroskopik əmziklərin olduğunu deyirlər və sefalopodların onlara toxunan yırtıcıları tələyə salmaq üçün istifadə etdiyini düşünürlər.

Görüntü Orta Atlantik silsiləsində "İtirilmiş şəhər hidrotermal ventilyasiyası" adlanan yerdə uzaqdan kamera ilə çəkilib. Bu layihədə tədqiqat qrupu dənizin dibindəki sirli mühitdən kimyəvi və bioloji nümunələr toplamaq məqsədi daşıyır.