Narazı tələbələrə 2 GÜN MÖHLƏT

15:52 08.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sosial şəbəkədə xaricdə təhsil alan tələbələrin köçürülməsi məqsədilə qismən akademik tanınma şəhadətnaməsini əldə etmək istəyənlərlə bağlı  müraciət vaxtının elan olunandan tez bitməsi ilə bağlı iddialar yayılıb.

Hafta.az xəbər verir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi çoxsaylı müraciətləri nəzərə alıb müraciət tarixini artırıb.

“Köçürülmə (transfer) məqsədilə qismən akademik tanınma şəhadətnaməsini əldə etmək istəyən vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq qismən akademik şəhadətnamə əldə etmək üçün müraciət tarixi 09.07.2025-ci il tarixi, saat 12:00-a qədər uzadılıb”, - agentliyin açıqlamasında qeyd olunub.