Narkotik alverçisi saxlanılıb

15:59 30.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Bakıxanov qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Məhəmməd Salmanov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, həmin şəxsdən ümumilikdə 1 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Məhəmməd Salmanov heroin və metamfetamini sosial şəbəkələrin birində tanış olduğu İran vətəndaşından onlayn yolla satmaq niyyəti ilə aldığını qeyd edib.

Faktla bağlı 13-cü Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

Oxunma sayı 121