NATO 42 min hərbçisini döyüş vəziyyətinə gətirdi

09:21 20.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

NATO yüksək döyüş hazırlığı vəziyyətində olan qüvvələrin sayını 42 minə çatdırıb.

 

Hafta.az xəbər verir ki, bu barədə Brüsseldə keçirilən mətbuat konfransında NATO Müttəfiq Qüvvələrinin Avropadakı ali baş komandanı, amerikalı general Todd Uolters bildirib.

 

"Avropada Ali Baş Komandan kimi mənim rəhbərliyim altında hazırda yüksək döyüş hazırlığı vəziyyətində olan 42 mindən çox hərbçimiz və 120 təyyarəmiz var, 20-dən çox gəmi də hazır vəziyyətdədir", - general deyib.

 

T. Uolters qeyd edib ki, hazırda Birləşmiş Ştatların kollektiv müdafiəyə töhfəsi 100 mindən çox hərbi qulluqçudan ibarətdir: "Ümumiyyətlə, NATO-nun qətiyyəti və birliyi heç vaxt bu qədər yüksək olmayıb”.

Oxunma sayı 50